Əfsanəvi futbolçu Pele bütün mükafatlarını hərraca çıxarır

Əfsanəvi braziliyalı futbolçu Pele 60-il ərzində qazandığı bütün mükafatların hərraca çıxarır.
 
Bu kolleksiyada dünyanın ən yaxşı futbolçusunun bütün idman həyatı əks olunub. Hətta, Pelenin uşaq vaxtı qazandığı mükafatları da burada görmək mümkün olacaq. 
 
Maide.Az "İnterfaks"-a istinadən xəbər verir ki, 3-gün ərzində Culiensdə (Julien's) davam edəcək hərrac bu gün Londonda baş tutacaq. ABC Onlaynının (ABC Online) verdiyi məlumata görə, hərraca dünyanın hər yerindən internet vasitəsilə qoşulmaq və iştirak etmək mümkün olacaq.
 
Baş tutacaq hərrac idman tarixinin ən böyük tədbiri kimi tarixə düşə bilər. Satılan malların qiyməti 7-milyon dollardan artıq ola bilər.
 
Hərraca Pelenin dünya çempionatındakı qazandığı 3 qızıl medal, idman ayaqqabıları (Butsı) və futbolçunun vurduğu  1000-ci topu çıxarılacaq.
 
Hərracın ən bahalı əşyası Jül Rime kuboku ola bilər. Onun dəyəri 560-800 min dollar qismində göstərilir.
 
75 yaşlı futbolçu bildirib ki, onun istəyi bundan ibarətdir ki, qazandığı idman uğurları dünyanın müxtəlif muzeylərində saxlanılsın.
 
O, həmçinin qeyd edib ki, bu pullar xeyriyyə məqsədilə istifadə olunacaq. Qazanılan pulla Pele Brazilyada uşaq xəstəxanasını tikdirmək niyyətindədir.
 
Pele FIFA tərəfindən XX əsrin ən yaxşı futbolçusu və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən XX əsrin ən yaxşı idmançısı kimi tanınır. Bir oyunçu kimi də, yalnız o, 3-dəfə dünyada çempionu adını qazanıb. /

Google+ WhatsApp ok.ru