Bəhreyndə siyasi məhbuslar aclıq aksiyasına başlayıb

Bəhreynin Əl-hozul-Caf mərkəzi həbsxanasında  saxlanılan siyasi məhbuslar aclıq aksiyasına başlayıb. 
 
Maide.Az xəbər verir ki, məhbuslar həbsxana nəzarətçilərinin pis rəftarlarına, həbsxanadakı  bərbad vəziyyət və istəklərinin yerinə yetirilməməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.
 
Qeyd edəkki, Bəhreyn rejiminin zorakılıqları artdığına  görə bu ölkənin beş insan haqları təşkilatı rejimin  siyasi məhbuslar və fəallara qarşı zorakılıqlarını pisləyiblər.
 

Google+ WhatsApp ok.ru