Əfsanəvi boksçu Məhəmməd Əlinin cənazə mərasimi keçirildi - Video

Cənazə mərasimində boksçunun dostları, ailəsi və tanınmış ictimaiyyət təmsilçiləri, xüsusilə müsəlman icma nümayəndələri iştirak ediblər.
Mərasimə qatılan xarici ölkə təmsilçilərindən ən böyük heyətlə Türkiyə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Enerji və təbii qaynaqlar naziri Albayrak Bərat, Gənclər və İdman naziri Akif Çağatay Kilil və Diyanət naziri Mehmet Görməz və digərlərilə əfsanəvi boksçu ilə vida etmə mərasiminə qatılıb.
Mərasim Məhəmməd Əlinin son döyüşü keçirilən KFC Yum salonda təşkil edilib.
Mərasim İslam qaydalarına uyğun şəkildə sona çatıb. 
Əfsanəvi boksçunun cənazə namazını ABŞ-da müsəlman icmalarından birinin imamı Şakir Zaid qıldırıb. O namazdan sonra deyib: "Məhəmməd Əli öz inancına görə, şöhrəti, pulu və hər şeyindən keçməyə hazır idi". Dəfn mərasimi bu gün (cümə) keçiriləcək.
Qeyd edək ki, ABŞ prezidenti cənazə mərasiminə qatılmayıb.
Nyu-Yorkda Manhettendə küçələrdən birinə əfsanəvi boksçu Muhəmməd Əlinin adı verilib. Bu küçədə, boksçunun uzun illər məşq etdiyi idman zalı yerləşir.
Xatırladaq ki,  Əli iyunun 3-ü, 74 yaşında dünyadan köçüb. İdmançı ömrünün son illərində səhhəti ilə bağlı ciddi problemlər keçirirdi. Dünyasını dəyişməmişdən bir neçə gün öncə , o, nəfəsalma problemləri ilə xəstəxanaya düşmüşdü. (islamazeri)

 

Google+ WhatsApp ok.ru