Şəkillərdə: Quranın nadir əlyazma kolleksiyası

Şəkillərdə: Quranın nadir əlyazma kolleksiyası

Qurani Kərimin nadir əlyazma kolleksiyası Tacikistanda milli kitabxanada saxlanılır.
 
Maide.Az BBC-yə istinadən həminkolleksiyanın fotolarını təqdim edir:
 
Kitablar XIII - XX əsrlərdə Şərqin ən yaxşı xəttatları tərəfindən yazılıb. Kitabların bir neçə nümunələri fars-tacik dilinə tərcümə olunub. 
 
 
Quranın ən kiçik nümunəsi 1.6 qramdır. Kitabın uzunluğu 1.8 santimetr, eni 1.2 santimertdir. 292 səhifəlik kitabın hər səhifəsində 12 sətr mövcuddur. Kitab ötən əsrin əvvəllərində Kazanda bir nümunə olaraq buraxılıb.
 
 
Quranın ən böyük nümunəsi isə XIX əsrə aiddir. Nəşr yeri və xəttatın adı bəlli deyil. Ərəb xəttatlığı Quranın nüsxələrinin çıxarılması əsasında inkişaf edib.
 
 
Fotoda gördüyünüz bu əlyazma XIV əsrdə farsca yazılıb. Müəllifi naməlumdur. Xəttat qızıl suyu qatılmış xususi məhluldan istifadə edib.
 
 
 
Bu kitabxanada diqqəti çəkən başqa bir kitab, X əsr məşhur  şair Firdovsinin "Şahnaməsi"dir. Farscadan tərcümədə "Şahnamə" - "Şahların Kitabı" və ya "Şahlar haqqında kitab" deməkdir. Bu kitabda İslama qədərki İran tarixindən bəhs olunur. "İliada" və "Odisseya"dan iki dəfə böyük olan bu poema 55 min beytdən ibarətdir. Milli kitabxanada həmçinin miniatürlərlə bəzədilmiş XVI əsrə aid əlyazma mövcuddur.
 
 
Tacikistanda milli kitabxana 2012-ci ildə açılıb. Bura Mərkəzi Asiyada ən iri kitabxanadır. 9 mərtəbəli bu bina açılmış kitabı xatırladır.
 
 
Milli kitabxananın şərq əlyazmaları və nadir nümunələr şöbəsinin rəhbəri Rəcəbəli Məhəmmədi deyir ki, kitabların saxlanılması üçün temperatur +20 dərəcəni keçməməlidir. "Bu kitablar xüsusi münasibət tələb edir. Biz ziyarətçilərdən foto işıqdan istifadə etməməyi xahiş edirik. Tez-tez kitabları vərəqləmək də lazımdır, çünki zaman öz işini görür. Bu kitablar nadirdir. Miniatürün yazılması zamanı xəttatların istifadə etdiyi rənglərə baxın. İndi belə təbii rənglər, hazırlama sirləri itib-batıb".
 
 
 
 

Google+ WhatsApp ok.ru