Ərəbistan XİN rəhbərinin xanımı: Ərim homoseksualdır, boşanıram

Ərəbistan XİN rəhbərinin xanımı: Ərim homoseksualdır, boşanıram

 
Küveyt saytı "Əlqəbas"-a istinadən verilən məlumata görə, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cubeyrinin həyat yoldaşı jurnalistlərə verdiyi müsahibədə bildirib ki, həyat yoldaşım tailandlı kişilərlə cinsi əlaqəyə girdiyinə dair əlimdə çox möhkəm dəlillər var, onsuz da həyat yoldaşım bundan bir həftə əvvəl belə bir həqiqətin mövcudluğunu təsdiq edib.
 
Nazirinin xanımı Farah əl-Fayez həmçinin qeyd edib ki, ərinin homoseksual olduğuna görə, İngiltərədə məhkəmələrdən birində boşanma davası açıb.
 
Səudiyyə Ərəbistanının 50 yaşında ən gənc diplomatı, Tailandda "Gayparti"lərə qatılmaqda da günahlandırılır.
 
Jurnalistlərin suallarını cavablandırmaqdan yayınan səudiyyəli nazir hələki ittihamlar qarşısında susqunluğunu qoruyur.
 
Qeyd edək ki, İslam dinində böyük günahlardan sayılan homoseksualizm haqqında, çox ağır cəzalar müəyyənləşdirilib. (faktxəbər) /

Google+ WhatsApp ok.ru