Seldən zərər çəkmiş məscidlərə Quran paylanıldı

Seldən zərər çəkmiş məscidlərə Quran paylanıldı

 
Mavritaniyanın "Adrar" əyalətinin bəzi şəhərlərində seldən zərər çəkən məsicdlərə Quran-Kərim nüsxələri hədiyyə edildi.
 
Mavritaniyanın rəsmi xəbər agentliyinin informasiya portalına istinadla verilən xəbərə görə, cari ayin 18-də Mavritaniyanın "Adrar" əyalətinin bəzi şəhərlərində seldən zərər çəkən məsicdlərə Quran-Kərim nüsxələri hədiyyə edildi.
 
Seldən zərər çəkən məscidlərə Quran-Kərim nüsxələrinin paylanılması Mavritaniyanın İslami İşlər İdarəsinin bölgələr üzrə şöbəsi, Mavritaniya İslami təməl təlim idarəsi və Mavritaniya Camaat İmamları Birliyinin bölgələr üzrə dəftərxanasının birgə təşəbbüs və həmkarlığı ilə həyata keçirilib.
 
Seyyid Məhəmməd Məhmud Vələd Məhəmməd əl-Əmin - Mavritaniyanın Adrar əyalətində İslami İşlər İdarəsinin bölgələr üzrə şöbəsi və Mavritaniyanın Adrar əyalətində İslami təməl təlim idarəsinin rəisi, bu barədə dedi: Vərşin Nafedən olan qiraəti əsasında yazılmış bu Quran nüsxələri bu əyalətin bəzi şəhərlərindən baş verən son günlərdəki sel hadisəsi zamanı zərər görən bəzi məscidlərə paylanıldı.
 
Abdullah Vələd Baha - Mavritaniya Camaat İmamları Birliyinin bölgələr üzrə dəftərxanası rəisinin müavini, bu barədə dedi: Bu Quran-Kərim nüsxələri Adrar əyalətinin "Eyn Əhlut-Taye" şəhərində "əl-Ətiq", "ət-Təriq", "Ummu-Kulsum" məscidlərində və Ətar şəhərinin isə "ət-Tövbə", "əs-Sünnə", "ət-Təqi" məscidlərində və Əvcəft şəhərinin "əl-Əqsa" məsicidində paylanıldı. (iqna) /

Google+ WhatsApp ok.ru