Ərbəin yürüşünə start verilib 31 Oktyabr 2016 02:00 Dünya İraqda izdihamlı piyada Ərbəin yürüşlərinə start verilib Maide.Az xəbər verir ki, ötən gün İraqın ən uzaq bölgəsi Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşləri başlayıb. Bəsrə əhalisi Fav limanında Rəsul-Bişə bölgəsində toplaşaraq Ərbəin yürüşünə start veriblər. Səfər ayı başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır. Amma xarici vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar. Nəcəflə Kərbəlanın ara məsafəsi təqribən 80 kmdir. Nəcəf-Kərbəla yolunda 1452 sütun var ki onların ara məafəsi 50 metrdir. Zəvvarlar hər 20 sütunu keçməklə bir km qət etmiş olurlar. Xarici vətəndaşlar üçün Ərbəin yürüşünü başlamaq üçün ən əlverişli vaxt səfər ayının 16-dır. 3-4 gün ərzində İraq təhlükəsizlik mənbələri ötən ilin Ərbəin mərasimində 17 milyon zəvvarın Kərbəlaya üz tutduğunu demişdilər. Bu il rəqəmin 20 milyonu keçəcəyi ehtimal edilir. Teqlər : #Ərbəin yürüşünə start verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çikaqoda Cadugərlər bayramında silahlı hücum: 14 ölü, 39 yaralı İran XİN: Nə “Taliban”ı dəstəkləyirik, nə də Yəmənə silah göndəririk
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO