İran XİN: Nə “Taliban”ı dəstəkləyirik, nə də Yəmənə silah göndəririk

İran XİN: Nə “Taliban”ı dəstəkləyirik, nə də Yəmənə silah göndəririk

“ABŞ rəsmisinin İranın Yəmənə silah və raket göndərməsi ilə bağlı iddiası həqiqətə uyğun deyil”.
 
Verilən məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
 
“Bu kimi iddialar elə bir vaxtda səslənir ki, İran, dünya ictimaiyyəti, vicdanlı insanlar, beynəlxalq təşkilatlar və QHT-lər silah istehsalçısı olan ölkələrin, müharibə alovlandıranların Səudiyyə Ərəbistanına silah satışını tənqid edirlər”, - deyə o vurğulayıb. 
 
B. Qasımi həmçinin “Taliban” sözçüsünün İranın bu qruplaşmanı dəstəkləməsi ilə bağlı iddiasını təkzib edib: “İran İslam Respublikası region ölkələri arasında terror qruplaşmaları ilə mübarizədə həmişə ilk sırada olub və bu qruplaşmalarla mübarizədə indiyədək həm maddi, həm mənəvi baxımdan çoxlu itki verib”.
 
O qeyd edib ki, bu kimi iddialar öncədən hazırlanmış planın tərkib hissəsidir və bu, terror qruplaşmasını dəstəkləyənlərin birbaşa  göstərişi ilə baş verir: “Bu kimi iddialarla dünya ictimaiyyətində İrana qarşı pis imic formalaşdırmaq məqsədi ilə ortaya atılır.  İranın bu terror qruplaşmasını dəstəkləməsi iddiası açıq aşkar yalandır”. (apa) /

Google+ WhatsApp ok.ru