Əfqanıstanda polis məntəqəsinə hücum:13 nəfər ölüb

Əfqanıstanda polis məntəqəsinə hücum:13 nəfər ölüb

Bir qrup silahlı şəxs Əfqanıstanın qərbində polis məntəqəsinə hücum edib. Hadisə nəticəsində azı 13 polis əməkdaşı həlak olub.
 
Maide.Az xəbər verir ki,  hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident cümə gününə keçən gecə Fərah əyalətində baş verib. Hələlik təfərrüatlar barədə məlumat verilmir.
 
Yerli sakinlərin sözlərinə görə, yaraqlılar əyalətin şərqində hücum zamanı silah və təhlükəsizlik qüvvələrinin bir neçə avtomobilini ələ keçiriblər. Habelə hökumət binaları dağıdılıb. Şahidlər nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı polislərin hücumda əli olduğunu güman edirlər. Belə ki, hadisədən sonra onların bir neçəsi yoxa çıxıb. Hadisənin Taliban terror qruplaşmasının üzvlərinin törətdiyi bildirilir. ( Sinxua)
 

Google+ WhatsApp ok.ru