Əfqanıstan və Pakistanda qar uçqunu nəticəsində 130 nəfər həlak olub 06 Fevral 2017 02:00 Dünya Son bir neçə gündür Əfqanıstanın 22 əyalətində qar uçqunu və şaxtalar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Maide.Az xarici mediaya istinadən xəbər verir ki, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb. Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib. Onlarla insan yaralanıb. Əfqanıstan hökuməti hava şəraiti ilə bağlı bir günlük tətil elan edib. Qar Əfqanıstanın ardınca Pakistanda da problem yaradıb. Pakistanın Çitral dairəsində qar uçqunu baş verib. Qar uçqunu nəticəsində 30-dan çox insan həyatını itirib. Polislərin məlumatına əsasən, təhlükəsizlik xidmətinin 7 əməkdaşı Əfqanıstan-Pakistan sərhədinin yaxınlığındakı NBM-də qar uçqunu nəticəsində xəsarət alıb. Teqlər : #Əfqanıstan və Pakistanda qar uçqunu nəticəsində 130 nəfər həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanda `Quran və Hədis` müsabiqəsi keçirilib - FOTO Yarım milyon rumıniyalı baş nazirin istefasını tələb edir - Video
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO