Yarım milyon rumıniyalı baş nazirin istefasını tələb edir - Video

Yarım milyon rumıniyalı baş nazirin istefasını tələb edir - Video

Rumıniyada hökümt əleyhinəkeçirilən etirazlara artıq yarım nolyon insanın qatıldığı açıqlanıb. Paytaxt Buxarestdə 300 min, digər şəhərlərdə isə 200 min insan baş nazir Sorin Qrindyanunun istefasını tələb edib.
 
Yerli media Buxarestdə keçirilən mitinqləri 1989-ci ilin dekabrında Nikola Çauşesku rejiminin devrilməsi ilə nəticələnən inqilabdan sonra ən geniş miqyaslı etiraz kimi təqdim edib. Rumıniya baş naziri isə yerli əhalinin qəzəbinə səbəb olmuş hakim partiyanın həbsdə olan korrupsioner üzvlərinin əfv edilməsinin ləğvini bildirsə də, hakimiyyətdən getmək fikrində olmadığını açıqlayıb.
 
Qeyd edək ki, Rumıniyada etirazlar hökumət binasının qarşısında davam edir. Narazı kütlə ara-sıra yerli polislə də qarşıdurmalara girərək binaya daxil olmağa cəhd göstərir. (faktxeber)

/

Google+ WhatsApp ok.ru