Əyyami Fatimiyyə münasibətilə Sankt-Peterburqda məclis təşkil olunub  -FOTO

Əyyami Fatimiyyə münasibətilə Sankt-Peterburqda məclis təşkil olunub -FOTO

Allah Rəsulunun (s) sevimli qızı, ismət və iffət nümunəsi, həzrət Siddiqeyi-Kubra, Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadət günləri münasibəti ilə Rusiyanın Sankt-Peterburq şəhərində “Əhlibeyt Hüseyniyyəsində” əzadarlıq məclisi təşkil olunub. 
 
Maide.Az xəbər verir ki, müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə keçirilən Həzrəti Fatimənin (s.ə.) şəhadət ildönümü mərasimində Höccətul-İslam Rüfət Məmmədov xanımın uca şəxsiyyəti haqqında söhbәtlәr edib. Daha sonra əzadarlıq olunub, mərsiyyələr oxunub. 
 
Həzrəti Rəsulallahın (s) əziz qızı xanım Fatimənin (s.ә.) şəhadət əyyamı mərasimləri Sankt-Peterburqda 10,11 və 12 fevralda şam və işa namazından sonra təşkil olunur. 
 
Qeyd edək ki, xanımın şəhadəti ilə bağlı iki tarix qeyd olunmuşdur: Cəmadiul-əvvəl ayının 13-ü (Fevralın 11-i – Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadius-sani ayının 3-ü (Mart ayının 2-i – Peyğəmbərin (s) vəfatından 95 gün sonra). Bu münasibətlə Əhli-beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayırlar. Hər iki tarixdə qeyd olunan əzadarlığa “Əyyami-Fatimiyyə” (Fatimiyyə günləri) deyilir. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru