Vəfat edən türkiyəli ruhani Həmid Turanın dəfn mərasimi - FOTO

Vəfat edən türkiyəli ruhani Həmid Turanın dəfn mərasimi - FOTO

Xəbər verdiyimiz kimi Türkiyənin tanınmış ruhanisi, Türkiyə Cəfərilər Liderinin müavini və Zeynəbiyyə məscidinin imamlarından olan alim Şeyx Həmid Turan vəfat edib. 
 
Maide.Az xəbər verir ki, bu gün Zeynəbiyyə məscidində Şeyx Həmid Turanın vida mərasimi keçirlib. Daha sonra izdihamlı dəfn mərasimi təşkil olunub. Ruhani H. Turan Kanarya məzarlığında dəfn olunub. 
 
Dəfn mərasimində Türkiyənin müxtəıif bölgələrindən, Azərbaycan, İran, Almaniya, Avropanın bəzi digər ölkələrindən alimlər və ruhaninin dostları qatılıb. 
 
Qeyd edək ki, ruhani H.Turan 2015-ci ildə ürəyindən açıq əməliyyat olunduqdan 2 gün sonra komaya düşmüş və 1 il müddətində xəstəxananın reanimasiya şöbəsində yatıb. O, Zeynəbiyyə məscidiin banilərindən biri olub.    
 
Allah rəhmət eləsin!
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru