“Washington Post”: ABŞ-ın baş prokuroru ötən il iki dəfə Rusiya səfiri ilə görüşüb 02 Mart 2017 02:00 Dünya ABŞ-ın baş prokuroru Ceff Seşns ötən il seçkiqabağı kampaniya zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə görüşüb. APA-nın xəbərinə görə, bu barədə “Washington Post” qəzeti yazıb. Məlumata əsasən, ötən ilin sentyabrında Senat üzvü olan C.Seşns öz ofisində Rusiya səfirini qəbul edib. Bundan əvvəl C.Seşns və S.Kislyak iyulda görüşüblər. Konqresdə baş tutan dinləmələrdə Rusiya nümayəndələri ilə ünsiyyətdə olmasına dair sualı cavablandıran C.Seşns bunu təkzib edib. Qeyd edək ki, fevralın 14-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn istefa verib. Buna səbəb onun S. Kislyakla telefon söhbətləri barədə prezident D.Trampı tam məlumatlandırmadığı olub. Teqlər : #Washington Post: ABŞın baş prokuroru ötən il iki dəfə Rusiya səfiri ilə görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru London və Stokholmdə `Əyyami Fatimiyyə` mərasimi təşkil olunacaq Bir nəfərin ölümü bu iki ölkə arasında vizasız rejimi ləğv etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO