London və Stokholmdə `Əyyami Fatimiyyə` mərasimi təşkil olunacaq

London və Stokholmdə `Əyyami Fatimiyyə` mərasimi təşkil olunacaq

Londonda Britaniya İslami Mərkəzi tərəfindən Həzrət Peyğəmbərin (s) gözünün nuru, iki dünya xanımı həzrət Fatimə-Zəhraya (s.ə) əza məclisi təşkil olunacaq. 
 
Maide.Az xəbər verir ki, əza məclisi bu gündən 3 gün müddətinə davam edəcək. Məclis yerli vaxtla saat 20:00 da başlayacaq . 
 
Məlumata görə, İsveçin Stokholm şəhərində yerləşən İmam Əli (ə) adına olan islami mərkəzdə də Həzrət Fatimə-Zəhraya (s.ə) əza məclisi təşkil olunacaq. 
 
Stokholm şəhərində 3 gün müddətinə təşkil olunacaq əza məclisi yerli vaxtla saat 19:00-da başlayacaq. 
 
Hər iki məclisdə Quran tilavət olunacaq və xətiblər həzrət Fatimənin (s.ə) həyat və fəzilətindən məclis iştirakçılarına məlumat verəcək. 
 
Stokholmda həmçinin Həzrət Fatimənin (s.ə) ziyarətnaməsi qiraət olunacaq. 

Google+ WhatsApp ok.ru