Şəmkirdə ev sahibi ilə birlikdə yandı

Şəmkirdə ev sahibi ilə birlikdə yandı

Bu gün Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb.
 
"İslaminSesi"nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb, aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Google+ WhatsApp ok.ru