Əfqanıstanda ABŞ səfirliyi yaxınlığında partlayış, 8 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanda ABŞ səfirliyi yaxınlığında partlayış, 8 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib.
 
Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, partlayış NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının yerləşdiyi yerin yaxınlığında baş verib.
 
Bildirilir ki, partlayış terrorçu-kamikadze tərəfində xarici qüvvələrin konvoyun keçidi zamanı həyata keçirilib. Son məlumata görə, azı 8 nəfər həlak olub, 22 nəfər yaralanıb. 
 
Partlayış nəticəsində bir neçə  avtomobilə ziyan dəyib. 
 
Hələlik heç bir şəxs və ya qrup partlayışın məsuliyyətini üzərinə götürməyib. 
 

 

Google+ WhatsApp ok.ru