Rusiyaya gələn xarici turistlər müsəlmanlar yaşayan regionlara axışır

Rusiyaya gələn xarici turistlər müsəlmanlar yaşayan regionlara axışır

Keçən illər ərzində Rusiya zəngin İslam mədəniyyətinə görə digər xarici müsəlman ölkələrin turizm marağına çevirilmişdir və bu ölkəyə səfər edən turistlər müsəlmanlar yaşayan regionlara axışırlar.
 
Maide.İnfo xəbər verir ki, keçən illər ərzində Rusiya ərazisində yaşayan müsəlmanların çoxluğu və buna görə də zəngin İslam mədəniyyətinə sahib olduğu üçün bu ölkə digər xarici müsəlman ölkələrin turizm marağına çevirilmişdir və bu ölkəyə səfər edən turistlər əsəasən müsəlmanlar yaşayan regionlara axışırlar.
 
Bu məsələ Rusiyanın İslam dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin sürətlə genişlənməsində də öz təsirini qoymuşdur. Bundan əlavə Rusiya və müsəlman ölkələri bir- birinin mədəni, milli və ənənəvi adət və ayinlərinə də maraq göstərirlər.
 
Həm Rusiya müsəlmanları və həm də xarici ölkələrdən olan müsəlmanlar, o cümlədən Afrika və Ərəb ölkələrindən olan turistlər səfər üçün Rusiyanın Tatarıstan, Çeçenistan və Dağıstan kimi respublikalarını və Kazan, Bulğar, Bağçasaray, Dərbənd, Maxaçqala, Kroznu və digər məşhur şəhərlərini seçirlər.
 
Turistlər adı çəkilən respublika və şəhərlərdə Kazanın Kremil kompleksi, Quluşərif məscidi, Kazan dövlət universiteti, Nurullah məscidi, Mərcani məscidi, Bulğarın came məscidini və Quran muzeyni, Dağıstanın 40 səhabə məzarlığını, Dərbənd muzeyini, Maxaçqalının Cümə məscidini, Çeçenistanın muzey və məsidlərini, qədim bazarını və dini mərkəzlərini ziyarət edir. (iqna)

Google+ WhatsApp ok.ru