“Astana-4”; Astanada Suriyaya dair mühüm memorandum imzalandı - ƏTRAFLI

“Astana-4”; Astanada Suriyaya dair mühüm memorandum imzalandı - ƏTRAFLI

Astana görüşü zamanı Suriya haqda mühüm razılıq əldə edildi.
 
Qazaxstanın Astana şəhərində keçirilmiş plenar iclasda qəbul edilmiş Suriyada hərbi əməliyyatların dayandırıması haqda sazişin zamin ölkələri Rusiya tərəfindən təklif edilmiş gərginliyin azaldılması zonaları haqda memorandumu imzalayıblar.
 
Suriya nümayəndə heyətinin başçısı Bəşər əl-Cəfəri qeyd edib ki, “Astana-4” görüşü keyfiyyətli sıçrayışdır. O, Qazaxstan, Rusiya və İrana “böhranın siyasi həllinə qapı açmağa” kömək olacaq bu mühüm nailiyyətdəki səylərinə görə təşəkkür edib.
 
“Ümid edirik ki, bizim rusiyalı və iranlı dostlarımız qısa zamanda rəsmi Dəməşqlə Rusiya memorandumunu ətraflı şəkildə müzakirə edəcəklər.”, - deyə əl-Cəfəri mətbuat konfransında bildirib.
 
İmzalanmış sənəd İdlib əyalətində, Homs əyalətinin şimalında, Şərqi Qutada və Suriyanın cənubunda gərginliyi azaldılması zonasının yaradılmasını nəzərdə tutur. Həmin zonaları zamin ölkələr müəyyən edəcəklər.  Adıçəkilən bölgələr hərbi əməliyyatlara son qoymağa, humanitar vəziyyəti yaxşılaşdırmağa və böhranın siyasi həll edilməsi üçün münasib şərait yaratmağa kömək olacaq.
 
Astanadakı Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentyev isə bildirib ki, məlum sənədin imzalanması Suriyanın ərazi bütövlüyünün saxlanılmasına və ölkədəki siyasi böhranın həllinə yol açır.
 
O, qeyd edib ki, Suriyada hərbi əməliyyatların dayandırılması haqda sazişin zamin ölkələri razılıq əsasında digər ölkələrdən olan müşahidəçilərin iştirakının mümkünlüyü haqda razılığa gəlib.
 
Onun sözlərinə görə, may ayının 6-sı memorandumda göstərilmiş 4 rayonda hərbi əməliyyatlara son veriləcək.
 
Daha əvvəl Suriya Xarici İşlər Nazirliyi və Emiqrantların İşləri üzrə Nazirliyindəki mənbə bildirib ki, Suriya Rusiyanın təşəbbüsünü dəstəkləyir və 2016-cı ilin dekabr ayının 30-u imzalanmış hərbi əməliyyatların dayandırılması haqda sazişə sadiqliyini təsdiqləyir.
 
Qazaxstanın xarici işlər naziri Kayrat Əbdrəhmanov qeyd edib ki, Astanada əldə edilmiş saziş Suriyadakı gərginlik səviyyəsinin azalmasına səbəb olacaq. O, qeyd edib ki, böhranın həll edilməsinin yeganə yolu dialoqdur.
 
“Son 2 gün ərzində Astana danışıqlarının iştirakçıları atəşkəs və hərbi əməliyyatların dayandırılması rejimləri sazişinin həyata keçirilməsini gözdən keçiriblər. Nəticədə zamin ölkələr Suriya Ərəb Respublikasında deeskalasiya zonalarının yaradılması haqda memorandumu imzalamağa razı olublar.”, - deyə Əbdrəhmanov bildirib.
 
Onun sözlərinə görə, Qazaxstan tərəfi əmindir ki, BMT himayəsi altında aparılmış danışıqlar Suriya böhranının həll edilməsinin yeganə yoludur və Astanadakı görüşdə uğur əldə ediləcək.
 
BMT-in Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib ki, Suriyadakı 4 təhlükəsizlik zonası haqda memorandum həqiqi atəşkəsin əldə edilməsi üçün “düzgün istiqamətdə atılmış addımdır”.
 
“Bu təşəbbüs düzgün istiqamətdə atılmış addımdır, çünki o, 4 zonada həqiqi deeskalasiyanı irəli sürür.”, - deyə de Mistura jurnalistlərə bildirib. Onun sözlərinə görə, “BMTqətiyyətli şəkildə bu təşəbbüsü dəstəkləyir”.
 
İran xarici işlər nazirinin müavini Hüseyn Caberi Ənrasi isə öz tərəfindən qeyd edib ki, Suriyada 4 deeskalasiya zonasının yaradılması haqda memorandum düzgün həyata keçiriləcəyi halda ölkədə köklü dəyişikliklərə səbəb ola bilər.
 
KİV xəbər verib ki, Suriya üzrə Astana görüşündə iştirak etmiş silahlı müxalifət nümayəndələri memorandumun imzalanması mərasimini qısa müddət ərzində blok edib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru