Mosulda məktəbə raket hücumu: 81 ölü

Mosulda məktəbə raket hücumu: 81 ölü

Mosulun qərb hissəsində yerləşən bir məktəbə təşkil olunan raket hücumu nəticəsində məktəbə sığınan 81 nəfər həyatını itirib.
 
İraqın Mosul şəhərinin qərb hissəsində məktəbə edilən raket hücumu nəticəsində 81 nəfərin həyatını itirdiyi bildirilib.
 
Polis mənbələrindən alınan məlumata görə, İŞİD terror təşkilatı nəzarətində olan 17 İyul bölgəsindəki əl-Vəla Məktəbini hədəfə alan raket hücumunda məktəbə sığınanlardan 34-ü kişi, 29-u qadın, 18-i uşaq olmaqla 81 nəfər həyatını itirib.
 
İŞİD-lə silahlı qüvvələr arasında baş verən toqquşmalar səbəbi ilə dinc insanların sığındığı məktəbin hansı qüvvə tərəfindən bombalanmasının hələ müəyyən edilə bilmədiyi qeyd olunub. (islamazeri) /

Google+ WhatsApp ok.ru