Şəri-dini suallara cavablar - SUAL 42

Şəri-dini suallara cavablar - SUAL 42

Haram oruclar hansılardır?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

ORUCUN HÖKMLƏRİ

SUAL 3: Haram oruclar hansılardır?

CAVAB: Haram oruclar aşağıdakılardan ibarətdir (yəni aşağıda qeyd edilən orucun tutulması haramdır):

1. “Fitr” bayramı günü (Şəvval ayının birinci günü) oruc tutmaq haramdır;

2. “Qurban” bayramı günü (Zil-hiccə ayının 10-cu günü) oruc tutmaq haramdır;

3. Minada olan kəslərin “təşriq” (Zil-hiccə ayının 11, 12 və 13-cü) günlərində oruc tutması haramdır;

4. Bir şəxs Şəban ayının axırı və ya Ramazan ayının birinci günü olmasında şəkk etsə və həmin günü oruc tutmaq istəsə, Şəban ayının axırını niyyət etməlidir. Əgər Ramazan ayının birinci gününü niyyət etsə, orucu haram və batildir.

5. Sükut orucu;

6. “Vüsal” orucu (yəni həm gündüzü, həm də gecəni sübhə qədər və yaxud da iftar etmədən iki gün ardıcıl oruc tutmaq haramdır);

7. Əgər qadının müstəhəb oruc tutması ilə ərinin haqqı aradan gedərsə, oruc tutması haramdır;

8. Övladın müstəhəb oruc tutması ata-ananın əziyyətə düşməsinə səbəb olarsa, övladın oruc tutması haramdır;

9. Xəstə insanın, eləcə də, oruc tutmağın özünə zərərli olmasını bilən bir şəxsin oruc tutması haramdır;

10. Səfərdə olan şəxsin oruc tutması (istisna hallardan başqa) haramdır.

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru