Əkinçilər hökumətə belə etiraz edib -  HİNDİSTANDA  - FOTO

Əkinçilər hökumətə belə etiraz edib - HİNDİSTANDA - FOTO

-- Onlar topağı qazaraq özlərini qazdıqları çuxurun içərisində həbs edib

Hindistanın Racistan bölgəsində Nindar kəndində əkinçilər hökumətə etiraz əlaməti olaraq yeni və cəlb edici bir üsula əl atıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli hökumət bu kənddə  540 hektara yaxın əkin sahəsini kəndlilərin əlindən aldığı üçün onlar bu növ etiraz etmək məcburiyyətində qalıb. 
Yerli hökumət  Caypur şəhərinin inkişafı üçün  böyük tikinti işləri həyata keçirmək məqsədi ilə əkinçilərin ərazisini əllərindən alıb.  Əkinçilər  dəfələrlə mitinqlər keçirib bu qərara etiraz edib. Lakin onların etirazlarına önəm verən olmadığı üçün əkinçilər  etiraz üçün yeni üsula əl atıb. Belə ki, torpağı qazaraq özlərini qazdıqları çuxurun içərisində həbs edib və hökumətin yürütdüyü siyasəti pisləyiblər. Əkinçilərin bu addımı sürətlə Hindistanda  mətbuatının diqqətini özünə cəlb edib və yerli hökuməti  əkinçilərlə müzakirə aparmaq məcburiyyətində qalıb. 
 
Yerli hökumət əkinçilərdən torpaqları  2010-cu ilin torpaq qiymətləri ilə alır.  Bu isə  əkinçilərə sərf etmir. Onlar bu torpaqları itirməklə gündəlik qazanclarından olduqlarını və hökumətin onların güzəranı üçün fikirləşməsini tələb edir.  Bu torpaqlarda 2500 ailə yaşayır ki, onlardan 1500 –i  əkinçidir. Əkinçilərin əksəriyyəti isə  qadınlardır.

Google+ WhatsApp ok.ru