“Həmas” Fələstində üçüncü “intifada”nın başladığını elan edib 12 Dekabr 2017 02:00 Fələstin -- etiraz dalğası daha da genişləndirilir “Həmas” Hərəkatı ABŞ prezidenti Donald Trampın qərarına etiraz olaraq üçüncü “intifada”nın, başqa sözlə, üsyanın başladığını elan edib. Bu barədə “RİA Novosti”yə hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib. “Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha da genişləndirilir. Bu üçüncü İntifadadır”, - deyə Alkanu bildirib. Qeyd edək ki, birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illərdə, İkinci İntifada isə 2000-2005-ci illərdə baş verib.(faktxeber) Teqlər : #Həmas Fələstində üçüncü intifadanın başladığını elan edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulda taksi sürücüləri Trampa etiraz etdilər - FOTO İstanbulda İƏT-in Qüdslə bağlı fövqəladə sammiti başlayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar