Əfqanıstanda hər ay 180 nəfər minanın qurbanı olur 11 Oktyabr 2018 12:43 Dünya Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur Əfqanıstanda minalar və müharibənin digər partlamamış qalıqları (MPQ) hər ay 180 nəfərə yaxın insanın ölümünə və yaralanmasına səbəb olur. Maide.Az “AA”-a istinadla xəbər verir ki, bunu Əfqanıstan Minalardan Təmizlənməsi Koordinasiya Mərkəzinin başçısı Məhəmməd Şahab Həkimi deyib. Onun sözlərinə görə, münaqişə və döyüşlərdən atılıb qalmış, uzun illər təhlükə yaradan MPQ və minaların qurbanları əsasən uşaqlardır. Əfqanıstan MPQ və mina təhlükəsi olan ölkələr arasında 4-cü yerdədir. M.Şahab Həkimi deyib ki, indiyədək 2 min 500 m2 ərazi təmizlənib. “Son 30 ildə ölkənin müxtəlif bölgələrində 19 milyon mina və partlamamış bomba zərərsizləşdirilib.” O deyib ki, Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur. Teqlər : #Əfqanıstanda,#hər,#180,#nəfər,#minanın,#qurbanı,#olur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çin halal məhsullara qarşı kampaniyaya başlayıb ABŞ kəşfiyyatı: “Kaşıkçını qaçırmaq əmrini səudiyyəlilər verdi”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO