ABŞ kəşfiyyatı: “Kaşıkçını qaçırmaq əmrini səudiyyəlilər verdi”

ABŞ kəşfiyyatı: “Kaşıkçını qaçırmaq əmrini səudiyyəlilər verdi”

ABŞ-ın Kəşfiyyat Xidməti Səudiyyə rejimi rəsmilərinin danışıqlarını izləyərək, Camal Kaşıkçının həbs olunması ilə bağlı atdıqları addımlar barədə məlumata malik olduğunu açıqlayıb.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Vaşinqton Post qəzetinə açıqlama verən amerikalı kəşfiyyat rəsmisi, Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Kaşıkçını ABŞ-ın Virciniyadakı evindən qaçırmaq və Səudiyyə rejiminə təhvil verərək həbsə atmaq planının olduğunu deyib. Şeyn Harrisin hazırladığı xəbərdə, kəşfiyyat rəsmisinin belə dediyi qeyd olunub: “İstanbulda baş verən bu hadisə Səudiyyə rejiminin bu hadisədə əlinin olduğunu göstərir”.
 
Qəzetə danışan Kaşıkçının dostları da, son dörd aydır belə bir riskin olduğuna dair Ər-Riyad rəhbərliyindən siqnal aldıqlarını bildirib. Kaşıkçını qaçırmaq planları çərçivəsində jurnalistə zərər vermək kimi bir planın olub olmadığı hələ bilinməsə də, Trampa yaxın mənbələr Kaşıkçının yoxa çıxmasından sonra istintaqın ləng getməsinə görə, Trampın narahat olduğunu qeyd ediblər. Bu həftənin əvvəlində Tramp, baş verənlər barədə əlində heç bir sənəd və məlumatın olmadığını açıqlamışdı.

Google+ WhatsApp ok.ru