Əfqanıstanda terrorçular azı 40 dinc sakini oğurlayıblar

Əfqanıstanda terrorçular azı 40 dinc sakini oğurlayıblar

Əfqanıstanın şimalında azı 40 dinc sakin "Taliban" terror qruplaşmasının üzvləri tərəfindən oğurlanıb.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Tolo News" telekanalı məlumat yayıb.
 
Samanqan əyalətinin polis nümayəndəsi Məhəmməd Munir Rəhiminin sözlərinə görə, hücum bazar günü səhər Daresuf rayonu ərazisindəki kənddə baş verib. O, hazırda girovların azad edilməsi üzrə əməliyyat aparıldığını bildirib.
 
Bundan əvvəl Əfqanıstanda aviazərbələr nəticəsində azı 20 dinc sakin həyatını itirib.

Google+ WhatsApp ok.ru