‘Fələstin xalqı mütləq qələbə qazanacaq 31 Dekabr 2018 15:07 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Fələstin xalqının mütləq qələbə qazanacağını vurğulayan Ayətullah Xamenei bildirib ki, bu çox da uzaqda deyil, yaxın gələcəkdə baş verəcək. İranın Fələstini öz haqq mübarizəsində heç vaxt tək qoymayacağını bildirən Ayətullah Xamenei qələbənin şərtininin yalnız müqavimət olduğunu diqqətə çatdırıb. Ayətullah Xamenei deyib ki, əgər müqavimət göstərsəniz qalib olacaqsız. Yox əgər müqavimət göstərməsəniz, məğlubiyyətdən yaxa qurtara bilməyəcəksiniz. “Fələstin xalqının son illərdə əldə etdiyi qələbəsi, Ərəb ölkələrinin qalib gələ bilmədiyi sionist rejim ordusunu məğlub edə bilib. Bu qələbə Fələstin xalqı və müqavimət qüvvələrinin yardımı ilə baş verib. Allahın izni ilə daha böyük qələbələr qarşıdadır”. Ayətullah Xamenei həmçinin 23 il hərəkatın lideri olmuş və səhhətilə əlaqədar bu il sentyabr ayında vəzifəsindən istefa vermiş Ramazan Abdullah Şalahın tezliklə şəfa tapmasını arzu edib. Teqlər : #‘Fələstin,#xalqı,#mütləq,#qələbə,#qazanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər Ayətullah Haşimi Şahrudiyə cənazə namazı qıldı -FOTO- VİDEO Ayətullah Xamenei Qum şəhər əhalisi ilə görüşüb - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB