Şəkidə avtomobili divara vuran sürücü xəstəxanada ölüb 22 Yanvar 2019 13:44 Hadisə Şəki şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 21-də saat 7 radələrində Şəki şəhərinin ərazisində şəhər sakini Tərlan İsgəndərov idarə etdiyi “VAZ-21061” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə T.İsgəndərov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Teqlər : #Şəkidə,#avtomobili,#divara,#vuran,#sürücü,#xəstəxanada,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda maye qaz daşıyan maşın aşdı Bakıda taxta bazarında baş verən yanğın söndürülüb