​Atmosferə tullantılar yarıbayarı azaldılmalıdır

​Atmosferə tullantılar yarıbayarı azaldılmalıdır

2030-cu ilədək qlobal istiləşməni 1,5 dərəcə selsiyə məhdudlaşdırmaqdan ötrü atmosferə tullantılar yarıbayarı azaldılmalıdır. Əgər ölkələr indiki planlarını tam yerinə yetirsələr, əsrin sonunadək istiləşmə həddi 3 dərəcəyə çatacaq. “Reuters” agentliyi alimlərin yeni tədqiqat açıqladığını yazır.
 
Avropalı tədqiqatçıların “İqlim Hərəkətləri İzləyicisi” (Climate Action Tracker) adlı təşkilatı ölkələrin qlobal istiləşməni məhdudlaşdırmaq hədəfinə necə əməl etdiyini öyrənir. Hədəf istiləşməni 2 dərəcədən aşağı salmaq, hətta 1,5C-yə endirməkdir.
 
İqlim dəyişikliyi sarıdan ictimai narahatlıq artmaqdadır və hətta dünyanın müxtəlif yerlərində etirazlara səbəb olub.
 
Təşkilat 32 ölkənin iqlim planlarını araşdırıb və yalnız Mərakeşlə Qambiyanın 1,5 selsi limitinə çata biləcəyini ortaya qoyub.
 
Ölkələr 2015-ci il Paris Razılaşmasına uyğun olaraq planlarını tam yerinə yetirsələr, temperatur artımı əsrin sonunadək 3 dərəcəyə yüksələcək.
 
“İqlim dəyişikliyindən iqlim böhranına keçsək, ictimai prioritet yüksələr və hökumətlər daha qətiyyətli addımlar atarlar”, – Yeniİqlim İnstitutundan Niklas Höhne deyib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru