Əfqanıstanda bazar minaatanlardan atəşə tutulub: Qurbanlar var

Əfqanıstanda bazar minaatanlardan atəşə tutulub: Qurbanlar var

Əfqanıstan Fəryab əyalətində bazar minaatanlardan atəşə tutulub.
 
Maide.Az "FaktXeber"ə istinadla xəbər verir ki, terror nəticəsində azı 6 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
 
Əfqanıstanda hökumət qüvvələri ilə daha əvvəl ölkənin kənd rayonlarının böyük hissəsini ələ keçirən və indi də böyük şəhərlərə hücuma keçən radikal "Taliban" terror qruplaşma üzvləri  arasında qarşıdurma yaşanır.
 
Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri bütün ölkə üzrə terrorizmə qarşı mübarizə üzrə əməliyyatlar keçirir.
 
 

Google+ WhatsApp ok.ru