Nigeriya xalqı prezident sarayının önündə Şeyx Zəkzəkinin zəhərlənməsini qınadı

Nigeriya xalqı prezident sarayının önündə Şeyx Zəkzəkinin zəhərlənməsini qınadı


Nigeriya İslam Hərəkatı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin hökumət tərəfindən həbsxanada zəhərlənməsilə bağlı bəyanat verməsindən sonra, minlərlə tərəfdar küçələrə çıxaraq, lidelərini azad edilməsini tələb ediblər.

Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, iyulun 2-si Nigeriya İslam Hərəkatının təşkilatçılığı ilə paytaxt Abuca küçələrində keçirilən yürüş mitinq ölkə prezidenti Muhammadu Buxarinin villasının qarşısında başa çatıb.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.

Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, İslami İnsan Hüquq Komissiyasının (İHRC) rəhbərlik etdiyi Tibb Təşkilatı Şeyx Zəkzəkini müayinə etmək məqsədi ilə aprel ayından Nigeriyadadır və tələb olunan müalicənin yalnız Nigeriyadan kənarda aparıla biləcəyini söyləyərək, iki hesabat yayıb. Hesabatda Şeyx Zəkzəkinin həbsxanada zəhərləndiyini bildirilərək, Şeyx Zəkzəkinin qanında güllə və kadmium kimi zəhərli maddələrin aşkarlandığı qeyd olunmuşdu.

Google+ WhatsApp ok.ru