Şəkidəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA - 4 nəfərin vəziyyəti ağırdır (YENİLƏNİB 2) - VİDEO

Şəkidəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA - 4 nəfərin vəziyyəti ağırdır (YENİLƏNİB 2) - VİDEO

"Baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır". 
 
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, FHN-nin helikopterləri hazırdır. 
 
Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. 
 
Digər 15 nəfərə isə  ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.
 
***
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində 2 nəfər xəsarət alıb.
 
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər yaralanıb. 
 
Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.
 
Sarayın həyətində olan Xan Çinarı və 1530-cu ildə əkilib.
 
Səhiyyə Nazirliyindən  verilən məlumata görə, hadisə zamanı xəsarət alan şəxslər aşağıdakılardı:
 
Soltanova Sevinc (1940 Rusiya)
Soltanova Laçın (2004 Rusiya)
Sara Hasan 1998 Suriya)
Farik al Hasan 1952 Suriya
Mariya al Hasan 2003 Suriya
Samira al Hasan 1965 Suriya
Galia al Hasan 1988 Suriya
____________
Rəsulova Səbinə 1983
Məmmədov Elxan 1993 (onurğanın qapalı travması)
Məmmədova Səkinə 1998
Teymurova Validə 1995
Ağayev Fərid 1996
Məmmədov İlkin 1995 (ağır dərəcəli Kəllə beyin travması sağ ayaqda sınıq)
Məmmədova Zemfira 1994
Naibə Hüseynova 1968
Cəfərova Məryəm1961
Niftəliyeva Könül 1979
Xasiyeva Yasəmən 1970
Ağamalıyeva Xatirə 1987 sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok
 
 

 

Google+ WhatsApp ok.ru