Şələmçə keçid məntəqəsi bağlanıb: Tezliklə problem aradan qaldırılacaq - YENİLƏNİB

Şələmçə keçid məntəqəsi bağlanıb: Tezliklə problem aradan qaldırılacaq - YENİLƏNİB

21:24
 
İrandan İraqa sərnişin daşımaları üçün nəqliyyat vasitələrinin göndərilməsi nəzərdə tutulur. 
 
Maide.Az “Fars” agentliyinə istinadla xəbər verir ki, bunu Ərbəin Mərkəzi Qərargahının katibi  Əhəməd Məhəmmədifər deyib. 
 
Ə.Məhəmmədifə bildirib ki, Şələmçə keçid məntəqəsində  gediş dayandırılıb. “Buna səbəb İraq tərəfdə  cəmiyyətin həddən artıq çox olması  və  daşınmalar üçün nəqliyyat vasitələrinin olmamasıdır.  Lakin tezliklə  Şələmçə və Çəzabədə problem aradan qaldırlacaq”.
 
O əlavə edib ki, hazırda bütün keçid məntəqələrində izdiham var. Sərhəddə olan zəvvarlardan istəyimiz budur ki, səbirli olsunlar.  
 
O, Ərbəin yürüşündə iştirak etmək niyyətində olan və hələ səfərə çıxmayan şəxslərə müraciət edərək səfərlərini təxirə salmağı tövsiyə edib. “Sərhədlərdə izdiham olduğuna görə, zəvvarlardan istəyirik ki, sərhədlərə tərəf gəlməsinlər, çünki izdiham həddindən artıqdır.  İran tərəfdə  zəvvarların çıxışı üçün heç bir problem yoxdur.  Lakin Şələmçə,  Çəzabə və  Mehran sərhəd-keçid məntəqələrində  İraq ərazisində zəvvarların daşınması üçün problemlər mövcuddur”. 
 
O bildirib ki,  İraqla hazırda problemin həlli üçün danışıqlar aparırılır.  
 
***
 
Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.  
 
Maide.Az "Fars" agentliyinə istinadla xəbər verir ki, bunu Ərbəin qərargahının Ərvənd Azad zonası üzrə rəhbəri  Qulamrza Şəriəti deyib. 
 
Q.Şəriəti deyib ki, Şələmçə sərhəd-keçid məntəqəsi az öncə bağlandı və  yaxın zamanlarda sərhədin nə qədər bağlı qalacağı ilə bağlı açıqlama veriləcək. 
 
O deyib ki, sərhəddin bağlanmasına səbəb  İraq tərəfdə nəqliyyat vasitələrinin çatışamamazlığı, yanacaq çatışmamazlığı  və  zəvvarların izdihamıdır.  “Hazırda problemlərin aradan qaldırılması istiqamətində İraq tərəfi ilə danışıqlar aparılır. Zəvvarların daşınması üçün İraq ərazidində sərhəd-keçid məntəqəsində nəqliyayt vasitələri yerləşdirilsə də Ərbəin zəvvarlarının sayının həddən artıq çox olması daşınma xidmətlərində əngəllər yaradır.  İnfrastrukdur bu qədər izdiham üçün nəzərdə tutulmayıb.”
 
İran Daxili İşlər Nazirliyi elan edib ki,  Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər. 
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
 
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
 
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.
 

 

Google+ WhatsApp ok.ru