‘Bu il yüz minlərlə uşaq ölə bilər’ - Quterreşdən xəbərdarlıq 17 Aprel 2020 09:35 Dünya “Koronavirusun yaratdığı qlobal tənəzzül şərtləri daxilində dünya 2020-ci ildə yüz minlərlə uşaq ölümünə şahidlik edə bilər”. Maide.Az “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş video-müraciətində bildirib. Ailələri və siyasət xadimlərini uşaqları müdafiə etməyə çağıran Quterreş deyib: “Hazırda, demək olar ki, heç bir şagird məktəbə getmir. Bəzi məktəblər distant təhsil təklif edir, ancaq bu, hamı üçün əlçatan deyil. İnternet sürəti zəif və baha olan ölkələrdə uşaqlar olduqca əlverişsiz vəziyyətdədirlər. Dünyadakı uşaqların yarısı - 310 milyon məktəbli məktəbə gündəlik qidalanmanın əsas mənbəyi kimi baxır. Hələ koronavirus pandemiyasına qədər də uşaqlarda qidalanma və boy artımının qəbuledilməz göstəriciləri ilə qarşılaşmışdıq. Məktəbə getməyən uşaqlar daha çox məişət zorakılığının şahidi və qurbanı olurlar”. Teqlər : #‘Bu,#yüz,#minlərlə,#uşaq,#ölə,#bilər’,#Quterreşdən,#xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldı Dünyanın 250 qarisinin səsi ilə yeni Quran aplikasiyası
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO