Əfqanıstanda aviazərbələr nəticəsində azı 50 nəfər öldü

Əfqanıstanda aviazərbələr nəticəsində azı 50 nəfər öldü

Əfqanıstanın Herat vilayətinə endirilən aviazərbələr nəticəsində azı 50 nəfərin həyatını itirdiyi bildirilir.  

 
“”Taliban” komandiri Qari Quman Nabi bir müddət öncə Pule Çərxi həbsxanasından azad edilib. Dostları onu qarşılamaq üçün yığışıblar bu zaman aviazərbələr endirilib. Nəticədə azı 50 nəfər ölüb”, - deyə hadisə şahidi bildirib.  
 
Yaralılardan 5-nin yerləşdirildiyi yerli xəstəxana rəsmisi Muhammad Rafiq Şerzayın sözlərinə əsasən, hadisə səhər saatlarında baş verib.  
 
Baş verən hadisə barədə rəsmi açıqlama olmasa da aviazərbələr nəticəsində mülki vətəndaşların öldüyü qeyd edilir.  
 
Bundan əlavə yerli sakinlərin məlumatına əsasən, aviazərbələr nəticəsində radikal “Taliban” qruplaşmasının 6 komandiri öldürülüb. /eastnews/

Google+ WhatsApp ok.ru