Əfqanıstanda daşqınlarda azı 38 nəfər ölüb

Əfqanıstanda daşqınlarda azı 38 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildən şimalda yerləşən şəhərdə leysan yağışlar daşqınlara səbəb olub, azı 38 nəfər həlak olub, yüzlərlə ev dağılıb.
 
Parvan vilayətinin paytaxtı Çarikar şəhərində ölənlər arasında xeyli qadın və uşaq da var. Rəsmilər azı 300 evin dağıldığını bildirir.
 
80 nəfərə yaxın insanın xəsarət aldığı xəbər verilir.
 
Xeyli sakin itkin düşdüyündən ölü sayının artacağı gözlənir.
 
Vitse-prezident Amrullah Saleh deyib ki, hökumət rəsmilərindən ibarət briqada Parvana yola düşüb, yerli orqanlara kömək edəcək, dəyən ziyanı hesablayacaq.
 
Ölkənin şərqindəki Vardak vilayətində daşqınlarda isə ikisi qadın və biri uşaq olmaqla azı 5 nəfərin öldüyü xəbər verilir. /azadliq.org
 

Google+ WhatsApp ok.ru