Dünya şöhrətli kino rejissor: Ən böyük arzum İmam Hüseyn (ə) haqqında film çəkməkdir

Dünya şöhrətli kino rejissor: Ən böyük arzum İmam Hüseyn (ə) haqqında film çəkməkdir

Dünya şöhrətli kino rejissor Məcid Məcidi İmam Hüseyn (ə) haqqında film çəkməyin ən böyük arzusu olduğunu bildirib . 
 
Maide.Az FARS agentliyinə istinadla xəbər verir ki, tarixi janrda  "Məhəmməd Rəsulullah (s)" filmini çəkən rejissor M.Məcidi  qeyd edib ki, "Ən böyük arzum İmam Hüseyn (ə) haqqında film çəkməkdir, lakin Aşura mövzusunu işləmək çox ağır bir işdir". 
 
O qeyd edib ki, Aşura mövzusu ilə bağlı çoxlu ehtiyat ediləsi məsələlər mövcuddur. "İmam Hüseyn (ə) və Aşura mövzudunda filmi çəkmək üçün hazırlıqlar görmək lazımdır. Bu mənim arzumdur, ümid edirəm yerinə yetirə biləcəm."
 
Konorejissor həmçinin  İmam Rza (ə) haqqında da film çəkmək istədiyini qeyd edib. 
 

Google+ WhatsApp ok.ru