‘Hizbullah’ sionist rejimlə bağlanan saziş barədə açıqlama verdi

‘Hizbullah’ sionist rejimlə bağlanan saziş barədə açıqlama verdi

İlk dəfə olaraq Livanla sionist rejim arasında danışıqlar keçirilir. Bu danışıqların Aralıq dənizində su sərhədlərinin müəyyənləşdiriməsi məqsədilə aparıdığı bildirilir.
 
Sionist rejimlə Livanın ilk rəsmi danışıqları cari ayın 14-də başlayacaq.
 
Məlumata görə ABŞ-ın vasitəçiliyi ilə baş tutacaq bu danışıqlar Livanın cənubunda işğalçı rejimlə sərhəddə yerləşən UNIFIL qüvvələrinin mərkəzi qərargahında keçiriləcək.
 
ABŞ tərəfi bu danışıqları tarixi əhəmiyyətə malik olduğunu bildirir.
 
Qeyd edək ki, Livan "Hizbullah"ı sionist rejim ilə quru və dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair danışıqlar üçün əldə edilmiş "çərçivə sazişinin"  işğalçı rejimlə münasibətlərin yaxşılaşdırılması ilə heç bir əlaqəsi olmadığını bildirib.   
 
Açıqlamada "Fərqli medialardakı söz-söhbətlərin əksinə olaraq, cənubdakı sərhədlərimizin müəyyənləşdirilməsinə dair danışıqlar məsələsinin Fələstini işğal edən sionist düşmən (İsrail) ilə uzlaşma və ya bəzi ərəb ölkələrinin izlədiyi normallaşma siyasəti ilə heç bir əlaqəsi yoxdur", - ifadələri yer alıb.   
 
 

Google+ WhatsApp ok.ru