Aİ-dən İranla nüvə Müzakirələr Barədə Açıqlama

Avropa Birliyi xarici siyasət nümayəndəsi Federiko Mogrini İran ilə nüvə müzakirələr haqqında şayiə yayanlardan danışıb.
 
Maide.az xəbər verir ki, İran və 5+1 qrupu arasında əldə ediləcəyi ehtimal olunan müqavilə məsələsində şayiə yayanları və bu müsbət irəliləyişdən qayğılarını dilə gətirənləri tənqid edən Mogrini, müzakirələrin sonuna çatdıqlatrını və razılığa gəlməyin yaxın olduğunu deyib.
 
Federiko Mogrini irqçi İsrail rejiminin baş naziri Netanyahunun adını çəkmədən onun Amerika Konqresində açıqlamasına da işarə vuraraq, hazırda İran ilə müqavilənin çox yaxın olduğunu və bunu əngəlləmək istəyənlərin səylərinin işə yaramayacağını söyləyib.
 
Almaniya Xarici İşlər naziri də İran ilə müzakirələrin müsbət bir mərhələyə gəldiyini və bugünkü mərhələnin son 10 ildəkindən ən yaxşı mövqedə olduğunu deyib.

Google+ WhatsApp ok.ru