General Süleymani 5000 nəfərlik ordu ilə Tikritə daxil oldu - FOTO

Müqavimət qüvvələri tərəfindən Tikritin azadlıq əməliyyatı o qədər qəfil və şiddətli olub ki, İŞİD özü məğlubiyyəti qəbul edərək onu general Süleymaninin başçılığı ilə idarə edildiyini iddia edib. Bu gözlənilməz müvəffəqiyyət İŞİD və eləcə də, vəhhabi havadarlarına çox ağır gəldiyindən informasiya vasitələri və internet səhifələrində Süleymaninin fotoşəkilini yerləşdirməklə məğlubiyyəti İranın məntəqəyə hərbi müdaxiləsi ilə əlaqələndirməyə çalışıblar. Lakin cəbhə zonasından verilən məlumatlar İraq qoşunlarının Tikritə ilkin hücumundan sonra terrorist qüvvələrin vahimə içində geri çəkildiyindən xəbər verir.
 
İraqın televiziyasının verdiyi məlumata görə, bu gün sübh açılmamışdan qabaq 5000 nəfərlə başlanan Tikritin azadlıq əməliyyatı səkkiz saatdan az bir zamanda əl-Ovcə, əl-Ələm və əl-Humrə məntəqələrinin azadlığı ilə başa çatıb. Əsir düşən terroristlərin içində İŞİD-in “Qafqaz komandiri” ləqəbli çeçen Ömərin də, ələ düşdüyü ehtimal verilir.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru