ABŞ-da 50-yə yaxın avtomobil toqquşub, 19 nəfər yaralanıb

ABŞ-da 50-yə yaxın avtomobil toqquşub, 19 nəfər yaralanıb

Kütləvi qəzanın iştirakçılarından biri avtobus olub
 
ABŞ-ın Ohayo ştatında magistral yolda təxminən 50 avtomobil toqquşub.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
 
Qəzaya kəskin pisləşən hava şəraiti səbəb olub. Kütləvi qəzanın iştirakçılarından biri avtobus olub.
 
Leyk dairəsinin şerifinin ofisindən verilən məlumata görə, yaralılardan beşinin vəziyyəti ağırdır. /

Google+ WhatsApp ok.ru