ABŞ-da 6 bal gücündə zəlzələ baş verib (FOTO)

ABŞ-ın Kaliforniya ştatında baş verən 6 bal gücündə zəlzələdə 3-ü ağır olmaqla 87 bəfər yaralanıb.
 
Ştatda yanğınlara səvəv olan zəlzələnin ən güclü hiss edildiyi Napa şəhərində fövqəladə vəziyyət elan edilib. 
 
Maide.az-ın məlumatına görə, Kaliforniya qubernatoru Jerry Brown ştatdakı təşkilatlara xilasetmə işləri barədə təlimat verib.
 
Napa şəhərində aralarında bölgə Ədliyyə binasının da olduğu 3 tarixi binada dağıntılar baş verdiyi, şəhər mərkəzindəki 2 ticarət binasının da ciddi şəkildə zərər gördüyünü deyən səlahiyyətlilər, körpülər, binalar və quru yollarına dəymiş ziyanı müəyyənləşdirmək üçün işlərin davam etdiyini vurğulayıblar.
 
ABŞ Geoloji Araşdırma Mərkəzindən verilən açıqlamada 10,7 kilometr dərinlikdə baş verən zəlzələnin mərkəzinin Napanın 9 kilometr cənubu olduğu bildirilir.
 
 
 
 

Google+ WhatsApp ok.ru