Tabka hərbi aerodromu İŞİD terrorçularının əlinə keçib

Terrorçular Suriyanın Rakka vilayətində yerləşən Tabka hərbi hava limanını tam nəzarətə götürüblər. Hava limanı uğrunda bir neçə gün davam edən döyüşlərdə Suriya ordusu 152 hərbçisini itirib. Maide.az-ın məlumatına görə, İŞİD daha 250 hərbçini əsir alıb, onlardan dörd nəfəri yüksək rütbəli zabitlərdir.

İŞİD-in hücumlarına davam gətirməyən Suriya hərbçilərinin əksəriyyəti hava limanını tərk etməli olub. Terrorçular hava limanında çoxlu sayda silah-sursat və bir neçə hərbi təyyarəni ələ keçiriblər.

Suriya rəsmi mənbələri də Tabka hava limanının İŞİD-in nəzarətinə keçməsi xəbərini təsdiqləyib.

Google+ WhatsApp ok.ru