ABŞ-da 6 polis əməkdaşı qaradərili gəncin qətlində ittiham olunur

ABŞ məhkəməsi altı polis əməkdaşını Baltimor şəhərində qaradərili Freddi Qreyin qətlə yetirilməsində təqsirkar hesab edib.
 
Məlumata görə, bu barədə prokuror  Merilin Mosbi məlumat verib. Onun sözlərinə görə, işə yuxarı instansiya məhkəməsi tərəfindən iyunun 2-də baxılacaq.  
 
Qeyd edək ki, bundan əvvəl polislərin vəkilləri prokurorun prosesdən  kənarlaşdırılmasını tələb ediblər.  

Google+ WhatsApp ok.ru