ABŞ-da “Zika” virusuna yoluxma hallarının qeydə alındığı ştatlarda donor qanı yığılmayacaq

ABŞ-da “Zika” virusuna yoluxma hallarının qeydə alındığı ştatların sakinləri qan donoru ola bilməyəcək.
 
“Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ Qida Məhsulları və Dərmən Preparatlarına Nəzarət İdarəsinin ekspertləri qeyd edib ki, əyər bir insan “Zika” vurusuna yoluxma təhlükəsi ilə üzləşibsə, o, azı 4 dörd həftə qan dononu ola bilməz.
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı fevralın 1-də Qərb yarımkürəsində baş qaldırmış "Zika" virusunun qlobal sağlamlıq üçün təhlükə olduğunu açıqlayıb. Təşkilatda hamiləlik zamanı "Zika" infeksiyası ilə uşaqlarda qeydə alınan mikrosefaliya halları arasında əlaqə olması barədə ciddi şübhələr var. Hərçənd hələlik bu fərziyyə elmi təsdiqini tapmayıb. Virus daşıyıcıları isə "Aedes Aegypti" ağcaqanadlarıdır. /
 

Google+ WhatsApp ok.ru