Butros Butros-Qali vəfat edib

Maide.az xəbər verir ki, 1992-1996-cı illərdə Birləşmiş Millətlər Təşkilatının rəhbəri vəzifəsində çalışmış  Butros Butros-Qali uzun sürən ağır xəstəlikdən sonra 93 yaşında Qahirədə vəfat edib.
 
BMT-nin hazırkı baş katibi Pan Gi Mun Butros Butros-Qalinin vəfatı münasibətilə xüsusi bəyanatla çıxış edərək bildirib ki, Butros Butros-Qali tarixin ən mürəkkəb dövrlərindən birində - soyuq müharibə dövrü başa çatandan sonra dünyanın kömək üçün BMT-yə müraciət etdiyi vaxtda bu təşkilata rəhbərlik edib.

Google+ WhatsApp ok.ru