ABŞ-da afroamerikalının güllələnməsindən sonra məhkəmə binası dağıdılıb 25 Avqust 2020 08:45 Dünya ABŞ-ın Viskonsin ştatında polis əməkdaşları afroamerikalı Ceykob Bleykin kürəyinə bir neçə dəfə atəş açmasına görə bir qrup etirazçı Kenosha şəhərindəki məhkəmə binasına girib və bir neçə avtomobili yandırıblar. Bu barədə yerli “Kenosha News” qəzeti məlumat yayıb. “Bazar günü baş verən iğtişaşlar zamanı dəymiş ziyanla əlaqədar məhkəmə binası ziyarətçilər üçün bağlı olacaq”, - deyə qəzet yazıb. Şerifin qərarı ilə şəhərdə səhər saat 07:00-dək komendant saatı tətbiq olunub. Qəzetin yazdığına görə, bələdiyyə xidmətləri məhdud rejimdə işləyir. Hadisənin araşdırılması ştatın ədliyyə departamentinin kriminal şöbəsinə həvalə edilib. Qeyd edək ki, hadisə bazar günü 29 yaşlı C.Bleykin mübahisə edən iki qadını ayırmağa çalışdığı zaman baş verib. “ABC” telekanalı Bleykin rəfiqəsi Lakeşa Bukerə istinadən xəbər verir ki, Bleykdə silah olmayıb. Yaralı afroamerikalı Miluoki xəstəxanasına aparılıb, vəziyyətinin hazırda ağır olduğu bildirilir. /APA Teqlər : #ABŞda,#afroamerikalının,#güllələnməsindən,#sonra,#məhkəmə,#binası,#dağıdılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda çökən binanın dağıntıları altından 60 nəfər xilas edildi 6 ölkə Rusiya əleyhinə sanksiyalara qoşuldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO