Hindistanda çökən binanın dağıntıları altından 60 nəfər xilas edildi 25 Avqust 2020 08:22 Dünya Hindistanın Maharaştra əyalətində çökən beşmərtəbəli yaşayış binasının dağıntıları altından təxminən 60 nəfər xilas edilib. Bu barədə çərşənbə axşamı NDTV telekanalı məlumat yayıb. Bildirilir ki, 15 nəfər yaralanıb və xəsarət alıb, ən az bir nəfər ölüb. Hadisə yerində xilasetmə işləri davam edir. Məlumata görə daha 25 nəfər dağıntılar altında qala bilər. Daha əvvəl ANI xəbər agentliyi Mumbay metropolisindən 200 km məsafədə olan Raiqad bölgəsində çökən binanın dağıntıları altından 200 nəfərin ola biləcəyini bildirib. İilkin məlumatlara görə, çökmələrin səbəbi avqust ayında ştatda yağan güclü musson yağışları olub. /Trend Teqlər : #Hindistanda,#çökən,#binanın,#dağıntıları,#altından,#nəfər,#xilas,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın müxtəlif ölkələrində İmam Hüseynə (ə) əzadarlıq - FOTOLAR ABŞ-da afroamerikalının güllələnməsindən sonra məhkəmə binası dağıdılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO