ABŞ-da banka silahlı hücum - 5 nəfər öldü + Fotolar

ABŞ-da banka silahlı hücum - 5 nəfər öldü + Fotolar

ABŞ-ın Florida ştatının Sebrinq bölgəsindəki “SunTrust” adlı banka silahlı hücum edilib.
 
Maide.Az “Usa Today” nəşrinə istinadən xəbər verir ki, basqın 21 yaşlı Zefen Xaver adlı şəxs tərəfindən törədilib.
 
O, öncə bankdakı işçiləri və müştəriləri girov götürüb. Polisin bütün danışıq cəhdlərinə baxmayaraq silahlı şəxs girovları buraxmayıb.
 
Polis içəri daxil olmaq üçün əməliyyat keçirən zaman silahlı şəxs girovlardan 5 nəfəri öldürüb. Polislər cinayətkarı zərərsizləşdirə biliblər. Yaralıların da olduğu bildirilir. Lakin, onların sayı açıqlanmayıb.
 
Hazırda ərazi nəzarətə götürülüb. Araşdırma aparılır.
 
 
 
 

Google+ WhatsApp ok.ru