ABŞ-da daha bir polis vəhşiliyi: astma xəstəsi qız az qala boğulacaqdı -VİDEO

Amerikalı polisin astma xəstəsi olan 15 yaşlı qızı az qala boğmasının videogörüntüləri ciddi etirazlara səbəb olub. 
 
Musavat.com xəbər verir ki, ABŞ-ın Arizona ştatının Mesa şəhərində şahidlərdən biri 15 yaşlı qızın saxlanılmasının görüntülərini çobil telefonla çəlib. Kadrdan görünür ki, polis əvvəlcə qızı üzündən vurur, qız yerə yıxılır. Daha sonra asayiş keşikçisi qızı üzüqoylu yerə sıxmağa başlayır. Qız “Mən nəfəs ala bilmirəm” qışqırır.
 
Həmin vaxr qızın anası da yanında olub. Amerika KİV-inin məlumarına görə, o, qızının astma xəstəsi olduğunu bildirir və polis əməkdaşından onu buraxmağı xahiş edir.
 
Mesa şəhərinin sakini, hadisənin şahidi Lui Pol Santyaqonun sözlərinə görə, polis əməkdaşları ondan videogörüntüləri telefondan pozmağı tələb ediblər. Polis vəhşiliyinin kadrları internetdə sürətlə yayılıb və iki gün ərzində 2,5 milyondan çox baxış olub./

Google+ WhatsApp ok.ru